Smart TV üçün ən yaxşı seçim KontaktTV
Premyeraları Full HD formatda izləyin. Böyük ekranda yüksək görüntü və audio keyfiyyəti hiss edin. Proqramı TV menyusundan və "App store"-dan yükləyin
ATV və ARB TV-dən Viju History, Discovery Channel, CBC Sport və ARB Günəşə qədər
Dayandırın, geri çəkin və ya daha sonra izləyin
Televiziya verilişləri TOP kanallarda 7 günə qədər yaddaşda saxlanılır
Kontakt TV abunəliyi ilə siz bir tətbiqlə ən yaxşı telekanallara və ən məşhur filmlərə daimi giriş imkanı əldə edirsiniz. Kontakt TV abunəliyi ilə sevdiyiniz kontenti HD və 4K keyfiyyətində izləyə bilərsiniz. Bir abunəlik ilə 4 cihazdan bağlantı imkanı əldə edirsiniz. Telekanalları və filmləri istənilən yerdə və zamanda izləyə bilərsiniz. Abunəliyinizi istənilən SMART TV, smartfon, planşet və ya Android boksda paylaşmaq istədiyiniz hər kəs ilə birlikdə istifadə edə bilərsiniz.
İndi 30 gün müddətində pulsuz olaraq sınayın! Müqavilə və bank kartı tələb olunmur.
Qoşulma heç bir müqavilə öhdəliyi və ya ilkin ödəniş olmadan bir dəqiqənizi alır.
1. Kontakt-də qeydiyyatdan keçin. Bunu istənilən cihazla (Smart TV, Android boks, noutbuk, smartfon, planşet və s.) edə bilərsiniz.
2. Abunəlik tarifini seçin və ya Kontakt TV-ni 30 pulsuz sınaqdan keçirin!
Abunə planını bank kart vasitəsilə web saytımızda və yahud filialların birində ödəniş edə bilərsiniz. Avtomatik yenilənməni aktivləşdirməyi və ya abunə haqqını hər ay manual olaraq ödəməyi seçə bilərsiniz. Siz həmçinin uzunmüddətli abunəlik (6 və 12 ay) ala bilərsiniz.
Abunəliyin avtomatik yenilənməsini ləğv etmək üçün profilinizdəki ödəniş üsulunu silmək kifayətdir.
Hər hansı bir tələb yoxdur. İstədiyiniz zaman başlayın və dayandırın.
Kontakt TV onlayn kinoteatrında siz canlı yayımı dayandıra, izləmək üçün geri çəkə və yayımdan sonra 7 günə qədər mövcud olan qeydə alınmış yayımlara baxa bilərsiniz.
Kontakt TV ilə sizə uyğun vaxtda sevdiyiniz verilişlərdən zövq alın!
Bir abunəliyi əldə edərək, platformaya 4 cihaz vasitəsilə, daxil ola bilərsiniz. Fərq etməz 4 telefon, planşet və ya SMART TV.
Hansı cihazlar istifadə olunacaq - siz qərar verin.Kontakt TV bütün internet provayderlərində (3 Mbps-dən) internet sürəti ilə işləyir
Təəssüf ki, televiziya proqramlarını yadda saxlamaq mümükün deyil. Bloklanma müəllif hüququ sahibi tərəfindən baş verir